Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rafiq Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rafiq Ağayev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Rafiq Ağayev 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə şərti cəza alıb.
Qeyd edək ki, Rafiq Ağayev Bakı şəhər sakininin etibarından sui istifadə edərək 40 min manat pul almış, onu qaytarmayıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov