23 Dekabr 2015 15:04
587

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam edir.

Teleqraf.com xəbər verir ki, əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Baş Cinayət Axtarış İdarəsi, Çevik Polis Alayı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsi, Ş.Ə.Tusi küçəsi, ev 18A ünvanında yaşayan Bilal Adil oğlu Atakişiyev saxlanılıb. Onun evindən 1 ədəd ov tüfəngi aşkar edilib.


Bundan başqa, Ələsgər Həsənov və Nahid Bəhrəmov da həbs edilib.

Saxlanılan şəxslərin barəsində Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: