23 Dekabr 2015 16:01
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və 15-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zabrat qəsəbə sakini, 1976-cı il təvəllüdlü Nadim Kərimov saxlanılıb.

Nadim Kərimovun üzərinə keçirilən baxış zamanı 0,163 qram narkotik vasitə hesab olunan heroin və şpriisdə olan 0,23 Ml maye halında narkotik vasitə olan heroin aşkar edilib.

Nadim Kərimov əvvəllərdə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə məhkum olunub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: