23 Dekabr 2015 16:37
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Qurban Kazımovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Şəkər Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Qurban Kazımov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, bu il Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qurban Kazımov tutulub.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər