6 İyun 2014 15:05
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda quldurluq cinayəti baş verib.

Bu barədə Teleqraf.com-a Abşeron rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə iyunun 5-də Abşeron rayonu Hökməli qəsəbəsinin ərazisində qeydə alınıb. Şəxsiyyəti məlum olmayan 2 nəfər Saatlı rayon sakini Babək Rəhimovu bıçaqla hədələyərək “Daewoo” markalı avtomobilini, habelə 170 manatını və qızıl saatını alıblar.

Avtomobil həmin gün hadisə yerinin yaxınlığında tapılıb. Polis əməkdaşları cinayət hadisəni törətmiş Hökməli qəsəbə sakini Elşad Mehrəliyevi həbs ediblər. Digər şəxslərin də tutulması üçün əməliyyat aparılır.

Hacı Zeynalov


Müəllif: