25 Dekabr 2015 14:59
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polisin Sumqayıt şəhərində və Qaradağda partlayıcı oyuncaqların götürülməsi ilə bağlı əməliyyat davam edir.

Teleqraf.com xəbər verir ki, əməliyyat Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Sumqayıt şəhərində və Qaradağ rayonu ərazilərində səyyar ticarətlə məşğul olan Mövsüm Nəsirovdan, Orxan Əliyevdən və Zahid Gülməmmədovdan ümumilikdə 5935 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: