25 Dekabr 2015 15:30
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin 3 saylı istintaq təcridxanasına narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, təcridxanada saxlanılan şəxsin yanına gələn Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Oktay Həsənovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı Oktay Həsənovun gətirdiyi sobvqatdan 0,112 qram narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı toplanmış materiallar araşdırılması üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib.

Hacı Zeynalov


Müəllif: