Oğurluqda təqsirli bilinən Naxçıvan şəhər sakini, 1995-ci il təvəllüdlü Əsrəfəli Mürşüdov və Ağdam rayon sakini, 1994-cü il təvəllüdlü İbrahim İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Əşrəfəli Mürşüdov və İbraim İsmayılov 30 aprel 2013-cü il tarixdə, saat 18 radələrində Mehman İsgəndərova məxsus Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən evindən 450 manat və 2500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar.
Bundan başqa, onlar paytaxtın Suraxanı, Binəqədi və Abşeron rayonlarında 10-dan çox avtomobildən oğurluq ediblər. Sonda hər iki dostu Abşeron polisi yaxalaya bilib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Əşrəfəli Mürşüdov 3 il 5 ay 26 gün və İbrahim İsmayılov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək, barələrində cəzalarının şərti hesab edilməsini istəyiblər.
Onların şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb. Hakim kollegiyası hər iki dostun şikayətini təmin etməyib.
Hacı Zeynalov