26 Dekabr 2015 15:37
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qadının çantasını almağa cəhd göstərmiş şəxs tutulub.

Teleqraf.com Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, dekabrın 25-də paytaxtın Nəsimi rayonunda yerləşən parkların birində naməlum şəxs Bakı şəhər sakini Kübra Hüseynovanın çantasını almağa cəhd göstərib, istədiyinə nail ola bilmədiyindən bıçaqla hədələyib və təpiklə vuraraq hadisə yerini tərk edib.

Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş, əvvəllər məhkum olunmuş Coşqun Nağıyev tutulub.


Müəllif: