28 Dekabr 2015 11:31
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Ağır Cinayətlər Məhkəməsində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Goranboy rayon sakini, 1983-cü il təvəllüdlü Tapdıq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Tapdıq Əliyev 1 may 2015-ci il tarixdə, saat 01.00-da Goranboy şəhəri, H.Əliyev prospekti 32 saylı ünvanda yerləşən Azər Vəliyevin işlətdiyi ərzaq mağazasının önündə əvvəllər tanıdığı və həbsxanada olan şəxslərə yardım etmək bəhanəsi ilə pul istəsə də, ala bilmədiyi Sahib Yusifova yaxınlaşıb.

O, yenidən Sahibdən həbsxanada olan şəxslərə yardım etməsini xahiş istəyib. Sahib Yusifov maddi imkanının olmamasını bildirərək, onun istəyini yerinə yetirməyib.

Buna görə də onların arasında mübahisə baş verib. Mübahisə zamanı Tapdıq Əliyev özündə olan bıçaqla Sahib Yusifova çoxsaylı bıçaq xəsarətləri yetirib.

Tapdıq Əliyev Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.

Hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Tapdıq Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər