28 Dekabr 2015 11:43
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda xuliqanlıq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 12 ünvanında qeydə alınıb.

1985-ci il təvəllüdlü Anar Bünyadov xuliqanlıq zəminində 9 saylı “Azəristilik” idarəsində nəzarətçi işləyən 1963-cü il təvəllüdlü Fatma Cəfərovanı döyüb.

Hadisə baş verən vaxtı Fatma Cəfərova xidmətdə olub. O, həmin ünvanda istilik sistemlərini yoxlayırmış. Bu zaman Anar Bünyadov onunla heç bir səbəb olmadan mübahisə edib. Mübahisə zamanı Anar Bünyadov Fattma Cəfərovanı döyərək, ona xəsarət yetirib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər