Jurnalist Rasim Əliyevin qətllə yetirilməsi ilə bağlı həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Eldar İsmayılovun sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclası yanvarın 5-nə təyin olunub.
Qeyd edək ki, bu ilin avqustun 8-də Bayıl qəsəbəsi ərazisində Rasim Əliyev bir qrup şəxs tərəfindən döyülərək vəfat edib. Onu döyən şəxslər - Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirli biliniblər.
Hacı Zeynalov