29 Dekabr 2015 15:07
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə yol qəzası baş verib.

Teleqraf.com Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncənin Nizami prospektində zəncirvari qəza baş verib. Saat 14 radələrində 55 yaşlı şəhər sakini Hikmət Ağayev idarə etdiyi "VAZ 2106" markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən N.Nərimanov prospektindən Nizami prospektinə manevr edən, Gədəbəy rayon sakini 36 yaşlı Namiq Abbasovun sürücüsü olduğu "VAZ 2105" markalı avtomobili arxadan vurub. "VAZ 2106" zərbənin təsirindən qarşıda yol kənarında dayanan, Gəncə sakini 39 yaşlı Cavid Muxtarova məxsus "VAZ 2107" markalı avtomobilə dəyib.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər 3 avtomobilə, xüsusilə də VAZ 2106-ya ziyan dəyib.

Faktı Gəncə şəhər DYP Şöbəsi araşdırır.


Müəllif: