29 Dekabr 2015 21:54
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Anar Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə səkidə dayanmış paytaxt sakini Babək Soltanovu vurub, idarəetməni itirdiyindən avtomobilini yolun kənarında dayanmış Məmməd Rüstəmova məxsus “Nissan” və Eşqin Vəliyevə məxsus “Mercedes” markalı avtomobillərə çırpıb.

Nəticədə B.Soltanov hadisə yerində ölüb, A.Əliyevin 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: