30 Dekabr 2015 13:33
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini Elxan Şədiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda gedən həmyerlisi Araz Cəbrayılovun idarə etdiyi “MTZ” markalı traktora vurub.

Nəticədə E.Səmədovun sərnişinlərindən atası Məhəmməd hadisə yerində ölüb, özü və 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: