30 Dekabr 2015 15:03
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis partlayıcı oyuncaqların satışdan yığışdırılması ilə bağlı əməliyyat tədbirləri davam edir.

Teleqraf.com xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən şəhər ərazisində səyyar ticarətlə məşğul olan Elnur Fərəcovdan, Teymur Mehralıyevdən və Vüsal Hüseynovdan 2419 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Sumqayıt şəhərində, Abşeron və Xətai rayonları ərazilərində səyyar ticarətlə məşğul olan Miri Eyvazovdan, Mehman Səmədovdan, İlham Rzayevdən, Elşən Əliyevdən 24800 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr aşkar edilib.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Sumqayıt şəhərində, Abşeron və Xətai rayonları ərazilərində səyyar ticarətlə məşğul olan Miri Eyvazovdan, Mehman Səmədovdan, İlham Rzayevdən, Elşən Əliyevdən 24800 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bundan başqa Səbail Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri İlqar Həmidov, Hüseyn Nağıyev, Əfqan Cəfərov və İsmətəli Abdullayev valyuta tənzimi qaydalarını pozduqlarına görə barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Hacı Zeynalov


Müəllif: