1 Yanvar 2016 14:10
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni ilin ilk günündə Salyanda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Aşağı Kürkənd kəndi ərazisində qeydə alınıb.

Aşağı Kürkənd sakini, 26 yaşlı Vasif Məhəbbət oğlu Axundzadə idarə etdiyi "Jiquli" markalı avtomobil ilə hərəkətdə olarkən, qarşıdan gələn digər maşınla toqquşub. Qəza nəticəsində Vasif Axundzadə, sərnişinlərdən Aşağı Kürkənd sakini, 26 yaşlı Murad Xalid oğlu Alışov və Əliyar Nəzirov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb./report.az


Müəllif: