1 Yanvar 2016 13:09
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sabunçu qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Şahin Abbasov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən paytaxt sakini Mədinə Qurbanovanı vurub.
Nəticədə piyada hadisə yerində ölüb.

Faktla Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: