1 Yanvar 2016 18:53
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Kələdəhnə kəndində qeydə alınıb. Rayon sakini Kamil Qəhrəmanov idarə etdiyi “VAZ-21150” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişini - həmyerlisi Qeysər Qəhrəmanov hadisə yerində ölüblər.

Astara Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: