1 Yanvar 2016 18:19
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram günü Tovuzda 5 nəfər qidadan zəhərlənib.

"Report" xəbər verir ki, iki ailədə baş verən xoşagələməz hadisə zamanı Hunanlar kənd sakini 35 yaşlı Nabat Məmmədova və 6 yaşlı övladı Hüseyn Məmmədov zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zərərçəkənlər ilkin tibbi yardımdan sonra evə buraxılıblar.

Bayram süfrəsi arxasına əyləşən Köhnə Qala kənd sakinləri 53 yaşlı İxtiyar Quliyev, 50 yaşlı həyat yoldaşı Roza və 20 yaşlı qızı Səmra Quliyeva isə kustar üsulla hazırlanan turşudan zəhərlənərək xəstəxanaya çatdırılıblar. Dərhal həkimlər tərəfindən yardım göstərilən ailə üzvlərindən atananın vəziyyəti normalaşsa da, ana və qızının səhhəti kafi olduğundan, onlar Reanimasiya şöbəsinə yerləşdirilib.


Müəllif: