2 Yanvar 2016 13:29
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə 8 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


Qəza Bakı-Qazax yolunun 207-ci kilometrliyində - Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində baş verib.


Göyçay rayon sakini, 46 yaşlı Elşad Allahverən oğlu Əzizovun idarə etdiyi "Mercedes" markalı sərnişin mikroavtobusu ilə Gəncə şəhər sakini, 34 yaşlı Şahzadə Nizami oğlu Qasımovun idarə etdiyi mikroavtobus toqquşub.


Xəsarət alanlar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 


Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, axşam saat 23:40 radələrində xəstəxanaya 8 nəfər gətililib. Sərnişinlərdən 1 nəfər cərrahiyə, 1 nəfəri reanimasiyaya, 3 nəfər travmatologiya şöbəsinə yerləşdirilib. 2 nəfər isə ambulator müalicəyə götürülüb. 


Cərrahiyə şöbəsinə yerləşdirilən 23 yaşlı Günel Elşən qızı Əzizovanın vəziyyə ağır olduğu üçün o Bakıya göndəriləcək. Onun babası 74 yaşlı Allahverən Şıxəli oğlu Əzizov isə çanaq sınığı diaqnozu ilə reanimasiyaya şöbəsinə yerləşdirilib. 


Qəzada xəsarət alan mikroavtobus sərnişinləri:


20 yaşlı Yusif Salman oğlu Raminli 
20 yaşlı Rəfail Ələkbər oğlu Abdullayev 
23 Günel Elşən qızı Əzizova
28 yaşlı Niyaməddin Sammədin oğlu Quliyev
46 yaşlı Asudə Hacəli qızı Əzizova,
74 yaşlı Allahverən Şıxəli oğlu Əzizov


Müəllif: