2 Yanvar 2016 18:58
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə xeyli sayda narkotik vasitə aşkar edilib.

Teleqraf.com Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 42 yaşlı Xaqani Zeynalov şəhərin Atatürk prospektində şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış zaman gödəkçəsinin cibindən 28.2 qram tiryək aşkarlanaraq götürülüb. X.Zeynalovun yaşadığı ünvana baxış keçirilərkən evdən 1 ədəd nömrəsi silinmiş "Makarov" tipli tapança, üzərində olan sandıqça və 3 ədəd güllə, 1 kq 50 qram tiryək və ümumi çəkisi 29 kq olan marixuana aşkarlanaraq götürülüb.

Əvvəllər də Cinayət Məcəlləsinin 3 maddəsi ilə məhkumluq həyatı yaşayan X.Zeynalov əldə etdiyi psixotrop maddələri satmaq istəmədiyini bildirib.

Bundan başqa, Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Xaliq Cəlalov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən ümumi çəkisi 102 qram olan tiryək, evindən isə ümumi çəkisi 5 kq 200 qram olan maruxana aşkarlanaraq götürülüb.

Əvvəllər də 4 dəfə məhkumluq həyatı yaşayaraq ömrünün 20 ilini həbsdə keçirən X.Cəlalov narkotik vasitələri öz istifadəsi üçün əldə etdiyini bildirib.

Hər iki faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: