2 Yanvar 2016 22:30
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astaranın Siyavar kəndi ərazisində bu axşam Lənkəran sakinini maşın vurub.

"Report"un məlumatına görə, Lənkəranın Şahağacı kəndinin sakini 1988-ci il təvəllüdlü Həsənov Zamin Zahir oğlu yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub. Şahidlərin sözlərinə görə, hadisəni törədən "Gazel" markalı maşın olub.

Meyit tibbi ekspertizadan keçirilməsi üçün Lənkəran Rayon mərkəzi xəstəxanasının morquna gətirilib.

Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində Astara polisi tərəfindən araşdırma aparılır.


Müəllif: