3 Yanvar 2016 13:05
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Elnur Ağayev böyük miqdarda pulunun öz həmkəndlisi tərəfindən mənimsənildiyindən şikayətçisir. O bildirir ki, Moskva Univermağında satıcı işləyərkən həmyerlisi, 1977-ci il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğlu onun etibarından sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürərək geri qaytarmayıb.

E.Ağayev Z.Məmmədova qarşı Masallı rayon Məhkəməsində iddia qaldırıb. Məhkəmə iddiaçıya 3700 dollar dəyərində zərərin dəyməsi barədə qərar çıxarıb. Qərara görə, həmin məbləğ Z.Məmmədovdan alınaraq iddiaçıya ödənilməlidir.

Masallı rayon icra şöbəsinin icra məmuru Gündüz Mehdiyevin 03.08.2015-ci il tarixdə E.Ağayevə verdiyi cavabda bildirilib ki, onlar Z.Məmmədovun yerini hələ də müəyyənləşdirməyib.

E.Ağayevin sözlərinə görə, icraçıdan bu qərarı aldıqdan sonra Masallı Rayon Polis Şöbəsinə müraciət edib. Pasport və Qeydiyyat İdarəsinin rəisi, polis polkovnik-leytenantı Seyran Davudlu ona “borclunun sənədinə stop qoyulub” deyib. Şikayətçi ona dəymiş zərərin ödənilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 “Qaynar xətti”nə dəfələrlə müraciət etsə də, problem həll olunmayıb. O, intihar həddinə çatdığını bildirir.


Müəllif: