3 Yanvar 2016 23:14
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsuda minik avtomobili körpüdən aşıb.

Reoprt.az xəbər verir ki, hadisə axşam saat 19:00 radələrində Bakı-Şamaxı-Yevlax magistral yolunun 160 km.-də, yolun Ağsu rayonundan keçən hissəsində qeydə alınıb.

1976-cı il təvəllüdlü Şamaxı rayon sakini Hamlet Bünyət oğlu Bünyətov "VAZ 2106" markalı minik maşını ilə Şamaxı istiqamətində hərəkətdə olarkən Ağsu çayının üzəridə idarəetməni itirib və dəmir məhəccərlərə çırpılaraq 15 metr hündürlükdən çay yatağına düşüb.

Qəza nəticəsində sürücü və avtomaşında olan sərnişin, Şamaxı rayon sakini 1980-ci il təvəllüdlü Amil Qulaməli oğlu Bünyətov müxtəlif dərəcəli ağır bədən xasarətləri alıb.

Zərərçəkənlər dərhal Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Həkimlər sürücünün vəziyyətini ağır, sərnişininkini isə orta ağır qiymətləndiriblər.

İlkin ehtimala görə, hadisə magistral yolun qarlı və şaxtalı olması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: