4 Yanvar 2016 11:41
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin mərkəzində qətl törədilib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında "Sahil" metrosunun çıxışında qeydə alınıb. 25-30 yaşlarında kişi naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə Səbail rayon Prokurorluğunun müstəntiqləti və polis əməkdaşları çıxıb.

Hazırda qətlə yetirilən şəxsin və hadisəni törədənlərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.


Müəllif: