4 Yanvar 2016 13:23
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mertonun "Sahil" stansiyasının qarşısında baş verən qətl hadisəsilə bağlı cinayət işi başlanıb. Bu barədə Trend-ə Səbail Rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə yanvarın 4-də səhər saatlarında metronun "Sahil" stansiyasının yaxınlığında baş verib. 25-30 yaşlarında kişi bıçaqlanaraq qətlə yetirilib.

Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi məlum deyil. Hüquq-mühafizə orqanları qətli rötədən şəxsin tutlması istiqamətində əməliyyat axtarış tədbirlərinə başlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.


Müəllif: