4 Yanvar 2016 17:08
547
12 Punto 14 Punto 16 Punto 18 Punto
Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qaradağlı kəndi ərazisində baş verib.

Naməlum avtomobil Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Elmir Quliyevi vurub. Yaralı hadisə yerində ölüb, qəzanı törədən avtomobil isə qaçıb.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif: