4 Yanvar 2016 17:40
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində vətəndaşa məxsus evdə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 4 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: