5 Yanvar 2016 08:35
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. Musavat.com xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

20 yaşlı Bilal Paşa oğlu Məmmədov şəhərin 28 May küçəsində bıçaqlanıb. Bilal Məmmədov küçə ilə gedərkən tanımadığı bir neçə şəxs ona yaxınlaşaraq, pul tələb ediblər. Bilal Məmmədov pul verməkdən imtina edib və tərəflər arasında dava düşüb. Gənci qarət etmək istəyənlərdən biri üzərində olan bıçaqla Bilal Məmmədova çoxsaylı zərbələr endirib. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı həkimlər yaralıda 8-ə yaxın bıçaq xəsarəti aşkarlayıblar.

Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin axtarışları davam etdirilir.


Müəllif: