5 Yanvar 2016 10:37
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində bayram günü həyat yoldaşını bıçaqlayan kişi həbs edilib.

Teleqraf.com xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 31-də şəhər sakini Xanpəri Hüseynovaya bıçaqla xəsarət yetirərək hadisə yerini tərk etmiş həmyerlisi Aslan Əsədov tutulub.

Qeyd edək ki, hadisə ötən ilin dekabrın 31-də, saat 17.00 radələrində Şirvan şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Xanpəri Hüseynova həyat yoldaşı, Salyan rayon sakini, 1981-ci il təvəllüdlü Aslan Əsədov tərəfindən bıçaqlanıb. 9 bıçaq zərbəsi alan 21 yaşılı qadın ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

Qadın döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə cərrahiyyə əməliyyatına götürülüb.
Aslan Əsədov hadisə yerindən qaçmışdı, amma polis onu hadisədən bir neçə gün sonra həbs edə bilib.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Hazırda məhkəmədə onların boşanma məsələsinə baxılır.

Hacı Zeynalov


Müəllif: