5 Yanvar 2016 10:49
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda törədilən qətllə bağlı rəsmi açıqlama yayılıb.

Bakı şəhər Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, polis və prokurorluq orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Səbail rayonunda törədilən qətlin üstü isti izlərlə açılıb.

Məlumatda qeyd olunur ki, yanvarın 4-də saat 06 radələrində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospektində yerləşən “Kofein-klub”da 25-30 yaşlı kişi kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər alaraq, xəstəxanaya aparılarkən yolda vəfat edib.

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlə yetirilən şəxsin 1989-cu il təvəllüdlü Tural Abbasov olması müəyyən edilib. “İsti izlər”lə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Sadiq Fətullayev tutulub.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif: