5 Yanvar 2016 12:29
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən 1980-ci il təvəllüdlü Pərviz Yunusovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Pərviz Yunusovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

7 il müddətinə şərti cəza alan Pərviz Yunusov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Pərviz Yunusov tanışı Rasim Məmmədovdan 34 min manat və Mehman Məmmədovdan isə külli miqdarda pul alaraq şərikli biznes quracağını vəd edib.

Lakin o, həmin şəxslərin etibarından sui-istifadə edərək pullarını geri qaytarmayıb.

Hacı Zeynalov


Müəllif: