5 Yanvar 2016 14:19
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində mağazaya basqın edilib.

Teleqraf.com xəbər verir ki, Şirvan şəhər sakini Teyyub Həsənovun işlədiyi mağazaya gəlmiş naməlum şəxs onu bıçaqla hədələyib və pul verməsini tələb edib.

Həmin şəxs mağazada olan alıcılar tərəfindən tutulub və Şirvan Şəhər Polis Şöbəsinə təhvil verilib. Onun, Şirvan şəhər sakini Nüsrət Mustafayev olması müəyyən edilib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: