Bakının Nərimanov rayonunda bayram günü oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, yanvarın 1-nə keçən gecə Nərimanov rayonunda yaşayan Mahmud Ağamalıyevin evindən pəncərədən girmək yolu ilə 10000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Samir Əzəmmədov tutulub.
Hacı Zeynalov