5 Yanvar 2016 16:50
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonu I Şaxsevən kəndində ev yanıb. Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, kənd sakini Əliyev Qurban Asim oğluna məxsus evdə yanğın gecə saat 4-5 radələrində baş verib.

Yanğın zamanı ailə üzvləri evdə olub. Ev sahibinin oğlu Əliyev Əkbər Qurban oğlu yüngül yanıq xəsarətləri alıb.

5 otaqlı ev tamamilə yanaraq yararsız hala düşüb. Ümumilikdə 165 kv metr olan ev bütün əşyaları ilə bərabər yanıb.

Yanğının elektirik naqillərindəki qısaqapanmadan baş verə biləcəyi ehtimal edilir.

Xalid Salmanbəyli


Müəllif: