6 Yanvar 2016 00:52
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli evdə yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı ev sahibi 1933-cü il təvəllüdlü Bibixanım Məhəmmədrəhim qızı Rəhimovanın yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: