6 Yanvar 2016 13:48
3 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi qızıl alverçisinin qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, yanvarın 5-də Bakı şəhər sakini Məryəm Namidzadənin üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı Nəsimi rayonunun F.Qasımzadə küçəsindəki evində tapılıb.

Məryəm Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30000 ABŞ dolları dəyərində qızıl əşyalarının oğurlandığını bildirib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, qətlə yetirilən 1960-cı il təvəllüdlü Məryəm Namədzadə paytaxtda yerləşən “Jewellery” zinət əşyaları mağazasının sahibəsi idi. Onun başı kəsilərək qətlə yetirilməsi məlum olub. Qadını qətlə yetirən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Hacı Zeynalov


Müəllif: