6 Yanvar 2016 19:44
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda mənzildə 75 yaşlı qadının meyiti tapılıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1941-ci il təvəllüdlü Dorma Qalina Fyodorovnanın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. Q.Dormananın cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Müəllif: