7 Yanvar 2016 10:15
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Kürdəmir rayon sakini 1992-ci il təvəllüdlü Orxan Mehdiyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2014-cü ilin iyulun 7-də Zabratda 22 yaşlı Orxan Mehdiyev 30 yaşlı Andrey Tbiziyev Vladimiroviçi vintaçanla deşərək qətlə yetirib. Hadisəyə səbəb tərəflər arasında yaranmış münaqişə olub. İstintaqdan məlum olub ki, hər iki tərəf hadisə zamanı yolda avtomobil idarə edirmiş.

Bu zaman yol vermək üstündə onlar arasında mübahisə yaranıb. Bir-birini nalayiq söyüşlərlə təhqir etdikdən sonda Orxan Mehdiyev avtomobilində olan vintaçanı götürüb Andrey Tbiziyev Vladimiroviçin üzərinə hücum edib. Sonra da vintaçanı onun qarnına sancıb. Zabrat yolu tıxac olduğundan yaralını xəstəxanaya vaxtında catdırmaq mümkün olmayıb. Nəticədə o, hadisə yerindəcə keçinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Mehdiyev 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Orxan Mehdiyev apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib.


Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, Orxan Mehdiyevin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: