7 Yanvar 2016 10:22
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda qızıl alverçisini qətlə yetirən şəxs müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Məryəm Namidzadəni qətlə yetirən qızı Günel Hüseynovadır.

Günel Hüseynova hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, yanvarın 5-də Bakı şəhər sakini Məryəm Namidzadənin üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı Nəsimi rayonunun F.Qasımzadə küçəsindəki evində tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Məryəm Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30000 ABŞ dolları dəyərində qızıl əşyalarının oğurlandığını bildirib.

Qeyd edək ki, qətlə yetirilən 1960-cı il təvəllüdlü Məryəm Namədzadə paytaxtda yerləşən “Jewellery” zinət əşyaları mağazasının sahibəsi idi. Onun başı kəsilərək qətlə yetirilməsi məlum olub.

Hacı Zeynalov


Müəllif: