7 Yanvar 2016 12:19
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri davam edir.

Teleqraf.com xəbər verir ki, Nardaran qəsəbəsi sakini, 1985-ci il təvəllüdlü Asif Mehdiyev Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinə silah-sursatın gizlədilməsi ilə bağlı məlumat verib.

Asif Mehdiyev bildirib ki, Nardaran qəsəbəsi, ,Tusi küçəsi, yeni massivdə yol kənarında silah-sursat var. Qeyd olunan əraziyə 42-ci polis bölməsinin əməliyyat qrupu yollanıb.

Həmin ünvana baxış zamanı 15 ədəd 9 mm PM markalı tapança patronu və AKM markalı avtomobil lüləsi kəsilmiş vəziyyətdə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: