7 Yanvar 2016 13:41
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda banklardan birində saxta dollar dəyişmək istəyən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, “AtaBank”ın Həsən Əliyev küçəsində yerləşən valyuta mübadiləsi şöbələrindən birində Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Rəşid Sadıqov saxta 100 ABŞ dollarlıq əskinası dəyişmək istəyərkən orada işləyən Anar Hüseynov tərəfindən saxlanılıb.

Rəşad Sadıqov Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: