7 Yanvar 2016 13:54
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ələsgərli kəndində qeydə alınıb.

Kənd sakini Eldəniz Vəliyev ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən “BUM” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: