7 Yanvar 2016 14:09
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda avtomobil oğurluğu edən mütəşəkkil dəstənin üzvləri zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, yanvarın 6-da rayonunun Biləcəri qəsəbəsindən yerli sakin Şükür Zülfəliyevə məxsus “VAZ-21015” markalı avtomobil qaçırılıb.

Avtomobilin həmin gün Bakı-Quba yolunda hərəkətdə olması Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti tərəfindən müəyyən edilib.

Baş Dövlət Yol Polisi İdarəsi və Quba Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avtomobil Quba rayonu ərazisində saxlanılıb. Avtomobili idarə edən Bakı şəhər sakini Sərxan Əhmədov və sərnişinləri, paytaxt sakinləri Zülfüqar Hüseynov, Valeh Şükürov və Günel Şahhüseynova Quba Rayon Polis Şöbəsinə təhvil veriliblər.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif: