7 İyun 2014 12:44
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki və Samuxda yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşları tərəfindən şəhər ərazisindən yabanı halda bitmiş çəkisi 12 ton 400 kiloqram olan 124000 ədəd, Samux Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən Qarayeri kəndinin meşə zolağından yabanı halda bitmiş ümumi çəkisi 575 kiloqram olan 5000 ədəd çətənə kolu aşkar edilərək məhv olunub.


Müəllif: