7 Yanvar 2016 17:51
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il prokurorluq orqanları üzrə xidməti, icra və əmək intizamının pozuntusu hallarına və digər xətalara yol verdiklərinə görə 37 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 7 nəfər prokurorluq orqanlarından xaric edilib.

Bu barədə bu gün Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsindən bildirilib. Qeyd olunub ki, Baş Prokurorluğun rəhbərliyinin göstərişi əsasında 2016-cı il yanvarın 6-da Bakı şəhəri Nəsimi rayonu, Sumqayıt şəhəri və Qubadlı rayon prokurorluqlarında daxili nizam-intizam qaydalarına riayət edilməsi və işə davamiyyət vəziyyəti yoxlanılarkən xidməti və əmək intizamının kobud pozuntusu hallarına yol verdiklərinə görə 2 əməkdaş prokurorluq orqanlarından xaric edilib.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın daha da artırılması tələb edilib.

Hacı Zeynalov


Müəllif: