Mingəçevir şəhər sakinini 5 gün əvvəl bıçaqla qətlə yetirmiş şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyunun 2-də Mingəçevir şəhərində şəhər sakini Tural Quliyevin bıçaqla qətlə yetirilmiş meyiti yaşadığı mənzildə tapılmışdı.
Baş Cinayət-Axtarış İdarəsi, Mingəçevir Şəhər Polis Şöbəsi və şəhər Prokurorluğu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətmiş Hacıqabul şəhər sakini Bəhram Dadaşov iyunun 6-da tutulub.