8 Yanvar 2016 10:11
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam edir.

Teleqraf.com xəbər verir ki, əməliyyatı Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşları keçirib.

Nardaran bağları, yeni massivində yaşayan 1959-cu il təvəllüdlü Mürsəl İsa oğlu Qasımov saxlanılıb. Ondan 1 ədəd Rusiya istehsalı olan RAİKAL ov tüfəngi götürülüb.

Müəyyən edilib ki, Mürsəl Qasımov ov silahını saxlaması qaydasını pozub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsi ilə protokol tərtib edilib. Ona inzibati qaydada cəza təyin edilməsi üçün toplanmış material məhkəməyə göndərilib.

Hacı Zeynalov


Müəllif: