8 Yanvar 2016 10:24
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonu ərazisində bıçaqlanma olub.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində Zabrat qəsəbə sakini Müşfiq Məmmədov bıçaqlanıb.

Müşfiq Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakini Çingiz Atayev tutulub.

Hacı Zeynalov


Müəllif: